Haqqımızda
"Davam.az" xəbər portalı "Davam" qəzeti ilə birgə 2010-cu il tarixində yaradılmışdır.
Sonradan qəzet fəaliyyətini dayandırsa da qəzetin onlayn forması olan davam.az xəbər portalı fəaliyyətini fasiləsiz olaraq tam müstəqil informasiya siyasəti həyata kecirən media qurumu kimi davam etdirmişdir.

www.davam.az saytında Güney, Quzey və Qərbi Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, Türk dünyasında, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, xəbər portalımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Davam.az” xəbər portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Redaksiyada və xəbər portalının internet saytında "qaynar-xətt" fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya video, səs yazısı və ya yazı formatında operativ məlumat vermək imkanları var.

"Davam.az" xəbər portalının yaradıcı kollektivi Türk Dünyasında fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, qeyri hökumət təşkilatlarını, hüquq-mühafizə orqanlarını, kommersiya təşkilatlarını aktiv əməkdaşlığa dəvət edir.

Hörmətlə,
"DAVAM.AZ" xəbər portalının təsisçisi və baş redaktoru ____________ Mətin Quliyev